Azərbaycan iqtisadiyyatı 2027-ci ilədək hər il orta hesabla 3‒4 % artacaq

Azərbaycan iqtisadiyyatı 2027-ci ilədək hər il orta hesabla 3‒4 % artacaq

Hazırda oxunan: Azərbaycan iqtisadiyyatı 2027-ci ilədək hər il orta hesabla 3‒4 % artacaq

84896

2022-2026-ci illərdə Azərbaycan iqtisadiyyatı hər il orta hesabla 3‒4 %, qeyri-neft/qaz ÜDM-i isə illik orta hesabla 5 % artacaq.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.

"Ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft ixracının artırılması hesabına davamlı və yüksək iqtisadi artım təmin olunacaqdır. Keyfiyyətli məhsul və xidmətlər ixracı hesabına ölkə iqtisadiyyatı qlobal dəyər zəncirinə inteqrasiya ediləcəkdir. Bu məqsədlə daha sağlam və rəqabətli biznes mühiti yaradılacaq, sahibkarlığın inkişafına dövlət geniş dəstək verəcəkdir. Dövlətə məxsus olan hüquqi şəxslərin effektivliyi artırılacaq, onların hesabatlılığı gücləndiriləcəkdir. Özəl sektorun iqtisadiyyatda payı isə 88 %-ə çatdırılacaqdır", - strategiyada deyilir.
 

MÖVZU İLƏ BAĞLI:

2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası təsdiqləndi - SƏRƏNCAM 


​​​​​​​Bildirilir ki, sağlam və rəqabətli biznes mühiti üçün qanunun aliliyi təmin olunacaq və effektiv məhkəmə islahatları həyata keçiriləcəkdir:

"Bu islahatlar sahibkarlıq fəaliyyəti ilə məşğul olanların mülkiyyətinin və maraqlarının effektiv müdafiəsinə imkan verəcəkdir. Sahibkarlıq fəaliyyəti üzərində izafi tənzimləmə optimallaşdırılacaq. Təbii inhisar subyektlərinin rəqabətə mənfi təsirlərinin qarşısı alınacaq və bütün bazarlarda rəqabət gücləndiriləcək. Dövlət satınalmalarında şəffaflıq və səmərəlilik artırılacaqdır. İnvestisiyalar üçün əlverişli vergi şərtləri tətbiq ediləcək və digər fiskal stimullar veriləcəkdir.

Bu islahatların həyata keçirilməsi sayəsində biznes mühiti daha da sağlamlaşdırılacaq, milli iqtisadiyyata etimad artacaq və nəticədə böyük həcmdə daxili və xarici investisiyalar cəlb ediləcəkdir.

Sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin effektivliyi, ünvanlılığı və şəffaflığı gücləndiriləcəkdir. Uğurlu ölkələrin təcrübələri əsasında biznes startaplarının və inkubatorlarının, ixracyönümlü istehsal və xidmətlər üzrə biznes layihələrinin dəstəklənməsi mexanizmləri təkmilləşdiriləcək.

Nəticədə, sahibkarlıq fəaliyyətinə başlamaq və mövcud fəaliyyətini genişləndirmək istəyənlər, xüsusilə kiçik və orta bizneslər üçün yeni maliyyələşmə mexanizmləri yaradılacaqdır". 

Bu əsasda sahibkarlara dəstək üzrə sərf olunan maliyyə vəsaitinin 20‒30 %-nin mikro, 35‒45 %-nin kiçik və 25‒35 %-nin orta sahibkarlara yönəldilməsi hədəflənir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO