Şamaxıdakı güclü yanğın SÖNDÜRÜLDÜ - 1 HEKTAR ƏRAZİDƏ...

Şamaxıdakı güclü yanğın SÖNDÜRÜLDÜ - 1 HEKTAR ƏRAZİDƏ...

Hazırda oxunan: Şamaxıdakı güclü yanğın SÖNDÜRÜLDÜ - 1 HEKTAR ƏRAZİDƏ...

84801

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Şamaxı rayonunun Əngəxəran kəndi yaxınlığında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bizim.Media FHN-nə istinadən xəbər verir ki, əraziyə Dövlət Yanğından Mühafizə Xidməti Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının traktor qoşqusundan yerə dağılmış ot bağlaması və yol kənarındakı kol-kosda baş verdiyi və hər an meşəyə keçmə riskinin mövcud olduğu müəyyən edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Şamaxıda Topxana meşəsi YANIR - VİDEO​​​​​​​


Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativliyi sayəsində yanğın qısa müddətdə söndürülərək meşəyə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində, ilkin məlumata əsasən, ümumilikdə təxminən 1 hektar ərazidə quru ot və kol-kos, 5 ton ot bağlamasının isə 3 tonu yanıb. Ətraf ərazilər, o cümlədən meşə yanğından mühafizə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO