Təhsil İnstitutundan ədalətli QƏRAR – Müəllimlərə təkrar imtahana icazə veriləcək

Təhsil İnstitutundan ədalətli QƏRAR – Müəllimlərə təkrar imtahana icazə veriləcək

Hazırda oxunan: Təhsil İnstitutundan ədalətli QƏRAR – Müəllimlərə təkrar imtahana icazə veriləcək

84795

Təhsil İnstitutu tərəfindən müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin riyaziyyat fənni üzrə 14 iyulda keçirilmiş imtahan nəticələrinin elmi statistik təhlili başa çatıb. 

İnstitutdan Bizim.Media-ya verilən məlumata görə, təhlil nəticələrinə əsasən qərara alınıb ki, müzakirəyə səbəb olan 3 sualın nəticəsi bütün iştirakçılar üçün ləğv edilir və namizədlərə 3 sualın hər biri üzrə 2 bal olmaqla, cəmdə 6 bal hesablanır.

Əlavə olaraq, baş verənlərlə əlaqədar riyaziyyat fənni üzrə namizədlərə könüllü əsasda təkrar imtahan vermək imkanı yaradılır.  

Qeyd edək ki, təkrar imtahanda iştirak etmək istəyən namizədlər nəzərə almalıdırlar ki, bu halda onların 14 iyul 2022-ci il tarixində verdiyi imtahanın nəticəsi etibarsız sayılacaq və sonuncu imtahanda əldə etdikləri nəticə əsas götürüləcək. 
Təkrar imtahanın keçirilmə tarixi, yeri və digər detalları haqda ətraflı məlumat yaxın zamanda paylaşılacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO