"Yüksəliş"in qalibi DOST mərkəzinə rəhbər təyin edildi

Hazırda oxunan: "Yüksəliş"in qalibi DOST mərkəzinə rəhbər təyin edildi

84771

I "Yüksəliş" müsabiqəsinin yarımfinal və final turundan 27 nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işə cəlb olunub.

Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Yüksəliş" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, onların hər biri öz sahələrində Nazirliyin fəaliyyətinə dəstəyini verirlər:

"Qaliblərdən biri yeni açılacaq DOST mərkəzinə rəhbər təyin edilib. O, gündəlik 2 min vətəndaşa xidmət edən qurumun başında olacaq. Həmin mərkəzdə vətəndaşlara 154 xidmət göstəriləcək".

Qeyd edək ki, keçənilki Yüksəliş müsabiqəsinin qaliblərindən biri Ruslan Mirzəliyev 5 saylı Dost Mərkəzinə direktor təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO