Ermənistan Türkiyə mallarına qoyulan qadağanı uzatmaq fikrindədir

Ermənistan Türkiyə mallarına qoyulan qadağanı uzatmaq fikrindədir

Hazırda oxunan: Ermənistan Türkiyə mallarına qoyulan qadağanı uzatmaq fikrindədir

8472

Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bildirib ki, embarqonun uzadılması, ilk növbədə, yerli istehsalçıları qorumaq üçün lazımdır.

Bizim.Media “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, nazir Ermənistan iqtisadiyyatının dalandan çıxması üçün ciddi addımların atılmasına ehtiyac olduğunu vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər türk məhsullarını İran malları ilə əvəz edəcək


O, öz fikirlərini bu dəfə siyasi məsələrlə əlaqələndirməyib.

"Hesab edirəm ki, embarqo, ilk növbədə, yerli istehsalçıları qorumaq üçün uzadılmalıdır. Heç bir maneə olmasa, qərar qüvvədə qalmalıdır ", - deyə nazir əlavə edib.

Qeyd edək ki, türk mallarına altı ay müddətinə embarqo haqqında qərar 2020-ci ilin oktyabrında qəbul edilib və 2021-ci il yanvarın 1-dən qüvvəyə minib. Ermənistan hər il Türkiyədən təxminən 250 - 270 milyon dollar dəyərində mal idxal edirdi.

Bununla yanaşı, Ermənistanda tətbiq olunan qadağa digər ölkələrdə istehsal olunan malların ölkəyə gətirilə biləcəyi türk yük maşınlarına şamil edilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO