Azərbaycan əhalisi pullarını nəyə xərcləyir?

Azərbaycan əhalisi pullarını nəyə xərcləyir?

Hazırda oxunan: Azərbaycan əhalisi pullarını nəyə xərcləyir?

84640

Azərbaycan əhalisinin pullarını əsasən hansı məhsullara xərclədiyi açıqlanıb.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-iyun aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 51,2 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 12,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 4,8 faizi elektrik malları və mebellərin, 2,5 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2022-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 22,5 milyard manatlıq, o cümlədən 12,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,9 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO