Bu gün bir qrup şəxsin razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərmələrinin qarşısı polis əməkdaşları tərəfindən alınarkən Salyan rayon sakini, hazırda Bakı şəhərində yaşayan 1993-cü il təvəllüdlü Məmiyev Əziz İltifat oğlu polis əməkdaşlarının qanuni tələbinə riayət etməyərək onlara qarşı müqavimət göstərib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Bizim.Media-ya açıqlamasında bildirib.
O qeyd edib ki, o, saxlanılaraq barəsində toplanmış materiallarla birlikdə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Məmiyev inzibati qaydada həbs edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:53 / 20.07.2022
Qanunsuz aksiya ilə bağlı DİN-dən açıqlama - HƏBS EDİLƏN VAR
Hazırda oxunan: Qanunsuz aksiya ilə bağlı DİN-dən açıqlama - HƏBS EDİLƏN VAR
Hazırda oxunan: Qanunsuz aksiya ilə bağlı DİN-dən açıqlama - HƏBS EDİLƏN VAR
84623
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.