"Qarşıdakı illərdə keçmiş məcburi köçkünlər azad edilmiş ərazilərə qayıdacaq".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell ilə birgə mətbuata açıqlamasında bildirib.
“Bu gün biz çox tarixi bir gündə görüşürük, çünki iyulun 19-da keçmiş məcburi köçkün ailələrin bir qrupu azad edilmiş ərazilərə geri qayıdır.
İlk mərhələdə 41 ailə Azərbaycanın Zəngilan rayonunun Ağalı kəndinə qayıdır və bu, bizim ölkəmiz, bu insanlar üçün böyük qürur mənbəyidir. Əlbəttə ki, biz qarşıdakı illərdə yüz minlərlə həmvətənimizin, keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışına şahid olacağıq”, - XİN rəhbəri vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:02 / 19.07.2022
XİN rəhbəri: "Ağalı kəndinə qayıdış böyük qürur mənbəyidir"
Hazırda oxunan: XİN rəhbəri: "Ağalı kəndinə qayıdış böyük qürur mənbəyidir"
Hazırda oxunan: XİN rəhbəri: "Ağalı kəndinə qayıdış böyük qürur mənbəyidir"
84503
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.