ABŞ-ın HIMARS sistemi Donbas separatçılarını qorxuya saldı

ABŞ-ın HIMARS sistemi Donbas separatçılarını qorxuya saldı

Hazırda oxunan: ABŞ-ın HIMARS sistemi Donbas separatçılarını qorxuya saldı

84482

“DXR” (qondarma Donetsk Xalq Respublikası) separatçılarının nümayəndəsi Eduard Basurin etiraf edib ki, 300 km-ə qədər uzaqmənzilli HIMARS reaktiv buraxılış sistemləri üçün raketlər artıq ABŞ-dan Ukraynaya gətirilib.

Bizim.Media xəbər verir ki, söhbət ATACMS tipli idarə olunan raketlərdən - kaset döyüş başlığı olan taktiki sursatdan və GPS qəbuledicisi ilə təchiz edilmiş inertial idarəetmə sistemindən gedir. 

ATACMS Silahlı Qüvvələrə cəbhə xəttinin dərinliklərində, o cümlədən Rusiya Federasiyası ərazisindəki hədəfləri vurmaq imkanı verir.

300 km-ə qədər uçuş məsafəsi sayəsində Bryansk, Orel, Belqorod, Kursk, Voronej və Rostov kimi şəhərlər zərər çəkə bilər.

ATACMS raketləri hədəfi şaquli şəkildə vurmaq qabiliyyətinə malikdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO