I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək – Bu tarixdə 

I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək – Bu tarixdə 

Hazırda oxunan: I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək – Bu tarixdə 

84390

Dövlət İmtahan Mərkəzi tərəfindən 21 iyulda I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək. 

Bizim.Media mərkəzə istinadən xəbər verir ki, imtahanlar saat 10:00 da başlanacaq. 25339 abituriyentin imtahanlarda iştirakı nəzərdə tutulur. 

Dövlət İmtahan Mərkəzi tərəfindən 21 iyul 2022-ci il tarixində I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları (II cəhd) keçiriləcək. 

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq. 
Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahanlar saat 10:00 da başlanacaq.  Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

- İmtahana buraxılış vərəqəsi; 

- Şəxsiyyəti təsdiq edən sənədin əsli. 

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; 

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; 

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). 

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 110 imtahan binası, 1921 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 110 ümumi imtahan rəhbəri, 310 imtahan rəhbəri, 2392 nəzarətçi–müəllim, 269 buraxılış rejimi əməkdaşı, 110 bina nümayəndəsi ayrılıb. 

İmtahanlarda I ixtisas qrupu üzrə 21277, IV ixtisas qrupu üzrə isə 4062 nəfər olmaqla, ümumilikdə 25339 abituriyentin iştirakı nəzərdə tutulur. 

İmtahanlarda 23 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib.
Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO