Putinin Tehrana bir günlük səfər PROQRAMI açıqlandı

Putinin Tehrana bir günlük səfər PROQRAMI açıqlandı

Hazırda oxunan: Putinin Tehrana bir günlük səfər PROQRAMI açıqlandı

84382

Rusiya prezidenti Tehrana səfəri zamanı iranlı həmkarı Ayətullah Seyid İbrahim Rəisi ilə görüşüb danışıqlar aparacaq. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Rusiya mətbuatı yayıb.

Mənbə yazır ki, Kremlin sahibi, habelə İranın dini rəhbəri Ayətullah Xamenei ilə də görüşəcək.

Tehrana səfəri çərçivəsində Putinin ötən axşam İrana səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da ikitərəfli görüşü olacaq.

Görünən odur ki, Rusiya və Türkiyə prezidentlərinin Tehranda keçiriləcək məsləhətləşmələrində əsas diqqət Suriya məsələsindən əlavə, Ukrayna böhranı, ərzaq təhlükəsizliyi və Ukraynanın taxıl ixracı məsələsinə yönələcək.
Ukraynada müharibə başlayandan bəri Türkiyə hökuməti Rusiya və Ukrayna ilə nisbətən yaxşı münasibətlərə malik olduğu üçün Ukrayna böhranının həllində bir növ vasitəçilik rolunu oynamağa çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO