Şəhidlər Xiyabanında 20 yanvara hazırlıq görülür

Şəhidlər Xiyabanında 20 yanvara hazırlıq görülür

Hazırda oxunan: Şəhidlər Xiyabanında 20 yanvara hazırlıq görülür

8433

20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı Şəhidlər Xiyabanında hazırlıq işləri aparılır.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qurumları tərəfindən cari təmir, geniş təmizlik və abadlıq işləri görülür, ağacların budaqları budanıb, qazon örtüyü yenilənib, yeni güllər əkilib, işıq dirəkləri rənglənib, səkilər və bütün ərazi yuyulub.

BŞİH-in Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, xiyabanda faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır.

Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO