Emil Bədəlov:

Emil Bədəlov: "Qalmaqal edən müğənnilərin toyu çoxdur" - VİDEO

Hazırda oxunan: Emil Bədəlov: "Qalmaqal edən müğənnilərin toyu çoxdur" - VİDEO

84283

“Saqqız Emil” ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Emil Bədəlov açıqlaması ilə gündəmə gəlib. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Səhər mərkəzi” verilişində müğənnilərin qalmaqal hesabına toy tutduqlarını bildirib. 

“Qalmaqal edənlərdən deyiləm. Amma camaata qalmaqal daha maraqlıdır. Kimin qalmaqalı çoxdursa, o qədər də toyu çoxdur. Kim efirdə, sosial şəbəkələrdə çox danışıb, canlı yayımlar açırsa, onlar üzdə, gündəmdədirlər. Yəni toyları çoxdur” – deyə Emil qeyd edib. 

Müğənninin bu açıqlamasından sonra verilişin aparıcısı Afaq Gəncəlinin “Sən də sabahdan sosial şəbəkə hesabında canlı yayım aç, toyların çoxalsın” şərhinə E.Bədəlov “İki günə özümü biabır edərəm. Sonra da bütün efirlər üstümdən xətt çəkər” deyə fikirlərini ifadə edib. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO