“Ukraynada vəziyyət gərginləşərsə, Çin sakit oturmayacaq” – Çinin xarici işlər naziri

“Ukraynada vəziyyət gərginləşərsə, Çin sakit oturmayacaq” – Çinin xarici işlər naziri

Hazırda oxunan: “Ukraynada vəziyyət gərginləşərsə, Çin sakit oturmayacaq” – Çinin xarici işlər naziri

84188

“Ukraynada vəziyyət gərginləşərsə, Çin sakit oturmayacaq”.

Bizim.Media Çin hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu fikirləri Çinin xarici işlər naziri Vanq Yi macar həmkarı Peter Siyarto ilə söhbətində deyib.

"Ölkəmiz Ukraynadakı münaqişəyə cəlb edilən dövlətlərə aid deyil, lakin biz arxada oturub baş verənləri kənardan passiv müşahidə etmək niyyətində deyilik", - Vanq Yi bildirib.

Bununla belə, çinli nazir bunların hərbi tədbirlər olmayacağını açıqlayıb. Onun sözlərinə görə, Pekin "odun üzərinə yağ tökmək" niyyətində deyil və "sülh danışıqlarını israrla təşviq edəcək".

Nazirin fikrincə, dünya birliyinin əlaqələndirilmiş səyləri ilə “Avropada təhlükəsizliyin təmin edilməsi üçün effektiv və sabit mexanizm” yaratmaq lazımdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO