Nəsimi rayonunda hərbi sursat aşkarlandı – FOTO/VİDEO 

Nəsimi rayonunda hərbi sursat aşkarlandı – FOTO/VİDEO 

Hazırda oxunan: Nəsimi rayonunda hərbi sursat aşkarlandı – FOTO/VİDEO 

84180

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonunda hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. 

Bizim.Media FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd F-1 əl qumbarası və 3 ədəd UZRQM partladıcısı, 45 ədəd 7x62mm kiçik çaplı silah mərmisi olduğu müəyyən edilib. 
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. 

Hadisə yerində və ona yaxın ətraf ərazidə XRXX-nin Kinoloji taborunun xüsusi təlim görmüş itinin tətbiqi ilə həyata keçirilmiş əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib. 

Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO