Repçi plagiat mahnıya görə 450 min dollar ödəyəcək - VİDEO

Repçi plagiat mahnıya görə 450 min dollar ödəyəcək - VİDEO

Hazırda oxunan: Repçi plagiat mahnıya görə 450 min dollar ödəyəcək - VİDEO

8409

Amerikalı repçi Niki Minaj müəllif hüquqlarının pozulması haqqında məhkəmədən yayınmaq üçün müğənni Treysi Çepmenə 450 min dollar ödəyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə "Billboard" məlumat yayıb.

Bildirilib ki, Minaj "Sorry" mahnısında Treysinin 1988-ci ildə yazdığı “Baby can i hold you”nun sözlərindən istifadə edib. Bəstə həmin illərdə rəsmi olaraq işıq üzü görməsə də, radiolarda səslənib. Treysi müəllif hüquqlarının pozulması iddiası ilə 2018-ci ildə Minajı məhkəməyə verib.

Bu günlərdə isə məlum olub ki, Minajın vəkilləri Treysini 450 min dollar kompensasiyanı almağa və məhkəmədən imtina etməyə razı salıblar. (Axşam.az)

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO