Avropa İttifaqından gələn təklifdə Zəngəzur dəhlizi ilə bağlı mühüm məqam - TƏHLİL

Avropa İttifaqından gələn təklifdə Zəngəzur dəhlizi ilə bağlı mühüm məqam - TƏHLİL

Hazırda oxunan: Avropa İttifaqından gələn təklifdə Zəngəzur dəhlizi ilə bağlı mühüm məqam - TƏHLİL

84060

“Zəngəzur dəhlizi, Qara dənizin altından çəkiləcək kabel, ənənəvi Azərbaycan-Gürcüstan-Türkiyə yolu, İran-Azərbaycan elektrik bağlantısı - bütün bu infrastruktura yenidən baxmaq lazımdır. Bizim coğrafi yerləşməyimiz və yaradılmış infrastruktur, əlbəttə, imkan verir ki, biz çox önəmli tranzit ölkəsinə çevrilək. Onsuz da Azərbaycan üzərindən tranzit yüklərin daşınması hər il artır, amma  bu il biz daha kəskin artım görürük. Əlbəttə, burada Zəngəzur dəhlizinin imkanları da nəzərə alınmalıdır. Ona görə biz Zəngəzur dəhlizinin yaradılmasına daha sürətlə çalışırıq”.

Bu fikirləri Respublika Prezidenti İlham Əliyev iyunun 15-də bu ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirədə səsləndirib.

Bununla da ölkə başçısı iki vacib mesaj verib.

Birincisi, Azərbaycan Avropa üçün vazkeçilməs transiz ölkəsidir. Və Qərb hər vasitə ilə çalışır ki, Azərbaycanın tranzit imkanlarından daha çox yararlansın.

İkincisi, həm Qərbin, həm də ki, Şərq ölkələrin maraqlarını Azərbaycan təkcə siyasi dividentələ yanaşı, həm də maddi kapitala çevirməyi hədəfləyib.

Avropa İttifaqı Azərbaycandan nə istəyir?

Azərbaycanın zəngin karbohidrogen ehtiyatları Qərb üçün hər zaman cəlbedici olub. Amma ölkəmizin əlverişli coğrafi mövqeyi Qərb üçün sadəcə heyranedicidir. İstər Qərb, istərsə də Asiya ölkələri məmnuniyyətlə Azərbaycandan keçən tranzit dəhlizlərdən yararlanaq istəyir. Bu təkcə bu dəhlizin iqtisadi cəhətdən səmərə olması ilə bağlı deyil, həm də siyasi əhəmiyyəti var.

Çünki, ABŞ-la Avropa dövlətləri Rusiya və İrandan keçə biləcək hər hansı bir nəqliyyat dəhlizinə maraq göstərmir. Bunun bir sıra səbəbləri var. Üstəlik, Azərbaycandan keçən dəhlizlər Qərbin dost saydığı ölkələri birləşdirir. Ona görə də Aİ Azərbaycan  dövlətinə yeni saziş təklif edir. Bu sazişlər həm Zəngəzurdan keçəcək yeni nəqliyyat dəhlizlərini, həm də Gürcüstan üzərindən keçən tranzit xətlərini əhatə edir.

Şimal-Qərb dəhlizində 300 faiz artım

İstənilən təklifsə iqtisadi divident deməkdir. Təsadüfi deyil ki, bu ilin 6 ayında nəqliyyat sahəsində ciddi artımlar qeydə alınıb. Beləki, tranzit yüklərin həcmi təxminən 30 faiz artıb. Bəzi istiqamətlər üzrə, xüsusilə Şimal-Qərb nəqliyyat dəhlizi üzrə artım 300 faiz olub.

Bütün bu gəlirlər isə təbii ki, Azərbacanın iqtisadi qüdrətini artırır. Eyni zamanda, ölkəmizin siyasi gücünə güc qatır.

Ona görə də ölkə başısının biləvasitə göstərişi ilə Zəngəzur dəhlizinin inşası sürətlə aparılır. İstər dəmir, istərsə də avtomobil yolları ən müasir tələblər səviyyəsində yenidən qurulur.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO