Pərəstişkarı Səidəni qucaqlayıb, ondan əl çəkmədi - VİDEO

Pərəstişkarı Səidəni qucaqlayıb, ondan əl çəkmədi - VİDEO

Hazırda oxunan: Pərəstişkarı Səidəni qucaqlayıb, ondan əl çəkmədi - VİDEO

84050

Müğənni Səidə Sultanın konsertdə başına iş gəlib.

Bizim.Media xəbər verir ki, sənətçi ifası zamanı xanım pərəstişkarlarından biri səhnəyə çıxaraq, onu bərk-bərk qucaqlamağa başlayıb.

Səidə bir-iki dəfə cəhd göstərib xanım fanatının qucağından çıxmaq istəsə də, qarşı tərəf onu buraxmayıb.

Bunu görən mühafizəçilər S.Sultanın köməyinə gəlib. Çətinliklə də olsa onlar xanımı müğənnidən ayıra biliblər. Bundan sonra həmin fanat daha bir cəhdlə Səidənin yanına qaçmaq istəsə də, mühafizəçilər onu səhnədən endirə biliblər.

Həmin anlar isə lentə alınaraq konserti izləməyə gələn tamaşaçılar tərəfindən sosial şəbəkələrdə paylaşılıb.

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO