G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi banklarının rəhbərləri İndoneziyanın Bali adasında toplanıb.
Bizim.Media xəbər verir ki, İndoneziya Mərkəzi Bankının rəhbəri Perri Varcionun məlumatına görə, keçirilən görüşün ilk günündə qlobal iqtisadiyyat, səhiyyə və maliyyə məsələləri ilə bağlı səmərəli müzakirələr aparılıb.
“G20 ölkələri dünya iqtisadiyyatının bərpası üçün konkret nəticələr əldə etməyə çalışmalıdır. Diqqəti vahid məqsəd istiqamətində cəmləməyə çağırıram” – deyə Varcio qeyd edib..
G20 ölkələrinin xarici işlər nazirlərinin bir neçə gün əvvəl Bali adasında keçirilən görüşündə olduğu kimi, maliyyə nazirlərinin də görüşündə birgə bəyanatın qəbul olunmayacağı bildirilir.
Buna səbəb kimi Rusiyanın Ukraynada apardığı xüsusi hərbi əməliyyata iştirakçıların fərqli münasibətinin olması göstərilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:22 / 16.07.2022
G20 maliyyə nazirləri Balidə toplanıb
Hazırda oxunan: G20 maliyyə nazirləri Balidə toplanıb
Hazırda oxunan: G20 maliyyə nazirləri Balidə toplanıb
83944
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.