“İllik inflyasiya 13 %-ə yaxınlaşıb” - Nazir 

“İllik inflyasiya 13 %-ə yaxınlaşıb” - Nazir 

Hazırda oxunan: “İllik inflyasiya 13 %-ə yaxınlaşıb” - Nazir 

83939

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda illik inflyasiya 12,9 % təşkil edib, o cümlədən qida məhsulları üzrə qiymət indeksi 19 % artıb. 

Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov iyulun 15-də Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycanda lavanda yağı istehsalçısına güzəştli kredit ayrıldı” - Nazir 


Nazir qeyd edib ki, ölkədə antiinflyasiya siyasəti üzrə xüsusi tədbirlər planı təsdiqlənib və icrası həyata keçirilir:

“Həmin tədbirlər planı çərçivəsində ərzaq bazarlarında sağlam rəqabətin təmin edilməsi və qiymət manipulyasiyasının qarşısının alınması, minimum istehlak səbətinə daxil olan ərzaq malları üzrə daxili bazarda özünütəminat səviyyəsinin qorunması, bu məhsullar üzrə idxalın dayanıqlılığının və ixraca effektiv nəzarətin təmin edilməsi, onların daxili istehsalının genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO