Rusiya Kiyevi yenidən vurmağa hazırlaşır – Rusiyalı politoloq İLKİN SİQNALI verdi - VİDEO

Rusiya Kiyevi yenidən vurmağa hazırlaşır – Rusiyalı politoloq İLKİN SİQNALI verdi - VİDEO

Hazırda oxunan: Rusiya Kiyevi yenidən vurmağa hazırlaşır – Rusiyalı politoloq İLKİN SİQNALI verdi - VİDEO

83838

“Biz Qərb siyasətçilərinin Kiyevə davamlı səfərlərinin qarşısını almalıyıq. Onlar Kiyevə gələrək burada təbliğat məqsədi ilə siyasi şoular, tamaşalar təşkil edirlər. Onları biz qorxutmalıyıq.

Lazım gəlsə onların fiziki məhvi üçün hərəkətə keçməliyik. Elə etməliyik ki, onların hava və dəmir yolu ilə Kiyevə gəlişinin qarşısı alınsın... Biz Zelenski iqtidarını diz çökdürmək və Ukraynanın kapitulyasiyasına imza atmağa onu məcbur etmək üçün bütün addımları atmalıyıq. Lazım gəlsə Kiyevi raket zərbələrinə məruz qoymalıyıq”.

Bizim.Media xəbər verir ki, bu fikirləri tanınmış hərbi ekspert İqor Korotçenko “Rossiya” kanalının canlı efirindən səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Korotçenko: “Xerson, Xarkov, Odessa və Nikolayev Rusiya əraziləridir” - VİDEO


O, əlavə edib ki, “vəziyyət elə gətirib ki, biz Kiyevi vurmalıyıq. Görünən odur ki, Qərbin yeni-yeni və daha iri miqyaslı hərbi yardımları bizim uğurlu hərbi əməliyyatlar keçirməyimizə əngəl törədir.

Ona görə də düşünürəm ki, qətiyyətli qərarların verilməsinin vaxtı çatıb. Dnepr çayı üzərindəki bütün körpüləri dağıtmalıyıq ki, Qərbin hərbi yardımlarının qarşısı alınsın. Rusiyanın Xerson və digər şəhərlərinə atılan raketlərin layiqli şəkildə cavabı verilməlidir... Bir daha deyirəm: Dnepr üzərindəki bütün kommunikasiya xətləri dağıdılmalıdır. Bunun üçün tərəddüd etmək lazım deyil. Çünki, bu bizim qanuni haqqımızdır”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO