AQTA qadağa siyahısı çıxarır, işbazlar isə kolbasa, sosiska hazırlayır - EKSPERT

AQTA qadağa siyahısı çıxarır, işbazlar isə kolbasa, sosiska hazırlayır - EKSPERT

Hazırda oxunan: AQTA qadağa siyahısı çıxarır, işbazlar isə kolbasa, sosiska hazırlayır - EKSPERT

8379

Məlum olduğu kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Almaniya Federativ Respublikasının Türingiya vilayətindən və Şimali İrlandiyanın Olster əyalətindən bütün növ diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib. 

Mövzunun aktuallığını nəzərə alaraq ekspertlərin münasibətini öyrəndik.

Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev Bizim.Media-ya açıqlamasında əhalinin ümumiyyətlə kənardan gələn  quş əti və onun hissələrinə aid olan məhsulu almadığını dedi.

O, bunun səbəbini yerli istehsalda təlabatın ödənilməsi ilə əlaqələndirdi:

“Ölkəmizdə 100 tondan artıq quş əti məhsulları istehsal edirik. Bizim cəmiyyətə 20-dən çox quş əti istehsal edən müəssisə daxildir. Xarici bazara nə ehtiyac var? Biz  onsuz da öz  tələbatımızı ödəyirik. Əhali heç xaricdən gətirilən quş ətini almır. Sadəcə açıq bazar olduğu üçün ölkəyə gətirilir”.

“Bəs onda bu məhsulları kim alır?” - sualını cəmiyət sədri belə cavablandırdı:

''Ola bilsin ki, bu məhsullar kolbasa və sosiska istehsal edən  müəssisələrə verilir. Biz həmişə xaricdən quş əti və onun hissələrinin ölkəyə gətirilməsinin əleyhinə olmuşuq. Hər zaman da öz etirazımızı bildirmişik. Dünən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin video konfransında bunu müzakirə etdik''.

''Sadəcə  deyilir ki, açıq ticarət olduğu üçün onun qarşısını almaq mümkün deyil. Bizə ən çox Ukraynadan quş əti gəlir. İndi qadağa qoyulub. Qadağa qoyulan digər  ölkələr kapitalist ölkələri olduğu üçün  onlardan gələn məhsulun üzərinə 1 dollar  əlavə pul qoyulur. Ukrayna isə MDB ölkəsi olduğu üçün quş əti gömrükdən rüsumsuz keçir''.

Gülşanə Mustafayeva, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO