Bu gün "7 canlı" axşam şousunda qalmaqallı hadisə yaşanıb.
Bizim.Media xəbər verir ki, verilişdə qonaq olan meyxanaçı Samirə Yusifqızı ilə müğənni-meyxanaçı Elmar Qədimovun sözləri çəp gəlib.
S.Yusifqızının, "Elmar, siz müğənnisiniz, yoxsa meyxanaçı?" sualına həmkarı sərt cavab verib: "Kamaz sürücüsü".
"Bu saat bir çox meyxanaçılar mahnı oxuyur, özləri nəğmələrə söz yazırlar. Sizə hörmətsizlik etmədim və nəsə demədim. Tanımıram, bu səbəbdən sual verdim", - deyə S.Yusifqızı cavabdan narahat olduğunu dilə gətirib.
Qarşı tərəf isə xanım sənətçiyə qarşılıq verib: "Sizə xanım kimi hörmətim var. Sözlərinizdən elə çıxdı ki, mən bu sənətə dünən gəlmişəm. Axı elə deyil. İllərdir ki, bu sənətdəyəm. Mənim çoxlu sevənlərim var".
Samirə isə Elmarın sözünü kəsərək, "Səni camaat sevirsə, birinci incəsənət aləmi tanımalıdır. Sözlərinizə diqqət yetirin. Özünüzü ələ alın" deyə vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
20:10 / 14.07.2022
Meyxanaçı Samirənin sualı həmkarını özündən çıxardı: "Kamaz surücüsüyəm!" - VİDEO
Hazırda oxunan: Meyxanaçı Samirənin sualı həmkarını özündən çıxardı: "Kamaz surücüsüyəm!" - VİDEO
Hazırda oxunan: Meyxanaçı Samirənin sualı həmkarını özündən çıxardı: "Kamaz surücüsüyəm!" - VİDEO
83743
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.