Şuşada Vaqif Poeziya Günləri başladı - FOTO

Şuşada Vaqif Poeziya Günləri başladı - FOTO

Hazırda oxunan: Şuşada Vaqif Poeziya Günləri başladı - FOTO

83740

Şuşa şəhərində Vaqif Poeziya Günlərinin açılışı olub.

Bizim.Media xəbər verir ki, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvləri, gənc yazıçılar, şairlər və qazilər iştirak edirlər.

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və AYB-nin təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq ikinci dəfədir təşkil olunur.

Vaqif Poeziya Günləri "Qarabağ" mehmanxanasının qarşısında kitab sərgisi ilə başlayıb.

Qeyd edək ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı olub. Məhz bu səfər çərçivəsində Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. 
Müasir Azərbaycan ədəbiyyatı tarixində öz bənzərsizliyi ilə seçilən Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşardı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO