Gəncədə 101 işəgötürənin iştirakı ilə əmək yarmarkası keçirilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Gəncə şəhərində təşkil olunan əmək yarmarkasında işsiz və işaxtaran şəxslərə 101 müəssisə tərəfindən 1460 vakant iş yerləri təqdim edilib.
Vakansiya təqdim edən işəgötürənlər arasında həm dövlət müəssisələri, həm də özəl şirkətlər mövcuddur.
İş yerləri iqtisadi fəaliyyət növünə görə, regionun əmək bazarının tələbatına uyğun olaraq istirahət əyləncə və incəsənət sahəsində fəaliyyət (turizm), kənd təsərrüfatı, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, emal, xidmət və istehsal sahələrini əhatə edib.
Yarmarkada eyni zamanda işsiz və işaxtaran şəxslərə Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və layihələri barədə məlumat verilib. Aktiv məşğulluq tədbirlərinə müraciətlərin qeydiyyatı aparılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
17:59 / 14.07.2022
Gəncədə əmək YARMARKASI - 1500-ə yaxın iş yeri təqdim olundu
Hazırda oxunan: Gəncədə əmək YARMARKASI - 1500-ə yaxın iş yeri təqdim olundu
Hazırda oxunan: Gəncədə əmək YARMARKASI - 1500-ə yaxın iş yeri təqdim olundu
83727
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.