Bakıda yanğın təhlükəli obyektin fəaliyyəti məhdudlaşdırıldı - VİDEO 

Bakıda yanğın təhlükəli obyektin fəaliyyəti məhdudlaşdırıldı - VİDEO 

Hazırda oxunan: Bakıda yanğın təhlükəli obyektin fəaliyyəti məhdudlaşdırıldı - VİDEO 

83634

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. 

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Qaz TNK” MMC-yə məxsus istehsal sexində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki: 

- obyektdə mövcud olan yanğın su hovuzuna yanğın avtomobilinin sərbəst yan alması mümkün deyil; 

- ərazidə təxliyə yolları taxta materiallarla tutulub; 

- otaqlarda kustar üsulla hazırlanmış odun sobalarından istifadə edilir; 

- mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu nasaz vəziyyətdədir; 

- obyektin ərazisinin, anbar və istehsalat sahəsinin istehsal prosesində yaranmış yanar tullantılardan təmizlənməsi təmin edilməyib, işlərin icrası yanğın təhlükəli vəziyyətdə davam etdirilib; 

- istehsal sexində tavan və otaqların arakəsmələri odadavamlı məhlulla hopdurulmayıb; 

- ərazi, anbar və istehsalat sahəsi yanğın təhlükəsizliyinə dair göstərici nişanlarla təmin olunmayıb. 

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. 
Qeyd olunanları nəzərə alaraq, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Qaz TNK” MMC-yə məxsus iki istehsal sexində işlərin və xidmətlərin göstərilməsinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib. 

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO