Bu təhsil müəssisələrinə 1000 kompüter HƏDİYYƏ EDİLDİ - FOTO

Bu təhsil müəssisələrinə 1000 kompüter HƏDİYYƏ EDİLDİ - FOTO

Hazırda oxunan: Bu təhsil müəssisələrinə 1000 kompüter HƏDİYYƏ EDİLDİ - FOTO

83583

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi, Təhsilin İnkişafı Fondu və “BestComp Group” MMC arasında Niyyət Protokolunun imzalanması mərasimi keçirilib.

Bizim.Media Təhsil Nazirliyinə istinadən xəbər verir ki, mərasimdə təhsil nazirinin müavini Muxtar Məmmədov, Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, “BestComp Group” MMC-nin baş direktoru Fərid Həsənov və digər nümayəndələr iştirak edib.
 

MÖVZU İLƏ BAĞLI:

Nazirlik 7 milyon manatlıq 2 tenderə yekun vurdu


Qeyd edilib ki, imzalanmış sənədə əsasən “BestComp Group” MMC şirkəti tərəfindən işğaldan azad olunmuş ərazilərdə yerləşən təhsil müəssisələrinə 1000 ədəd kompüter avadanlıqları ianə olunacaq.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Muxtar Məmmədov cəmiyyətin gələcək həyatının təhsilin rəqəmsal transformasiyasından asılı olduğunu qeyd edərək bu istiqamətdə Təhsil Nazirliyinin, digər hökumət qurumlarının və özəl sektorun əlaqələndirilmiş şəkildə fəaliyyətinin vacibliyini vurğulayıb.

Nazir müavini işğaldan azad olunmuş ərazilərdə yenidənqurma prosesi çərçivəsində qurulacaq şəhər və kəndlərdə istifadəyə veriləcək təhsil müəssisələrində müasir İT infrastrukturunun qurulması məsələsinə toxunub.
Muxtar Məmmədov bildirib ki, bu da öz növbəsində ölkədə təhsilalanlar üçün bərabər, fərdiləşdirilmiş və sənaye-əsaslı təhsil imkanlarının yaradılması deməkdir.

“BestComp Group” MMC-nin baş direktoru Fərid Həsənov da öz növbəsində təhsil sahəsində olan əməkdaşlığın cari vəziyyəti barədə məlumat verib və gələcək əməkdaşlıq istiqamətlərində təkliflərini irəli sürüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO