Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Hazırda oxunan: Sabahın hava PROQNOZU

83525

İyulun 14-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək.  

Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti olacaq.  

Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50 % olacaq. 

Azərbaycanın rayonlarında yağmursuz hava olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 8-13° isti, gündüz 26-31° isti olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO