ATV və ARB telekanalları bəzi media resurslarını məhkəməyə verməyə hazırlaşır - BİRGƏ BƏYANAT

ATV və ARB telekanalları bəzi media resurslarını məhkəməyə verməyə hazırlaşır - BİRGƏ BƏYANAT

Hazırda oxunan: ATV və ARB telekanalları bəzi media resurslarını məhkəməyə verməyə hazırlaşır - BİRGƏ BƏYANAT

83419

ATV və ARB telekanalları birgə bəyanat yayıb. 

Bizim.Media xəbər verir ki, bəyanatın mətnində deyilir: 
 

MÖVZU İLƏ BAĞLI:

Mirşahinin tənqidlərinə ATV rəhbərindən CAVAB – “ATV öz yerini bilir, yolunu gedir”


“Bu birgə bəyanatın səbəbi bəzi media resurslarında ATV və ARB telekanallarına qarşı vüsət almış kampaniyadır. 

Hər cür uydurmalara, təxribat xarakterli bəyanatlara və heç bir fakta əsaslanmayan mülahizələrə cavab verməyə lüzum bilməsək də, ATV-nin “Bizimləsən” və ARB-nin “Səni Axtarıram” verilişlərində xeyriyyə tədbirlərindən yığılan vəsaitlərin mənimsənilməsi ilə bağlı səslənən ciddi xarakterli ittihamları cavabsız qoymaq olmaz.

Bu ittihamlar tamamilə cəfəng, əsassız və böhtandır, lakin bu ittihama cavab verməyimiz müstəsna olaraq qeyd edilən verilişlərin milyonlarla tamaşaçısına və müsəlmanların müqəddəs Ramazan ayında xəstə uşaqlar üçün ianə toplama kampaniyalarında iştirak edən yüz minlərlə vətəndaşımıza hörmətdən irəli gəlir. 

Bununla bağlı aşağıdakı FAKTLARI qeyd edirik: 

1. Kampaniyalar elan olunmazdan əvvəl telekanallar xəstəlik və müalicə xərclərini rəsmən təsdiq edən bütün lazımi sənədlərin təqdim edilməsini tələb edir. 

2. Müalicə üçün toplanan ianələr birbaşa xəstə uşaqların valideynləri tərəfindən təqdim edilən bank hesablarına edilir. 

3. Telekanallarda vəsaitin təyinat yerinə köçürülməsi barədə sənədli dəlillər var. 

4. Xeyriyyə marafonu efirdə canlı yayımlanıb, vəsaitlərin toplanması və ödənişlərin bütün mərhələləri vizual qaydada sənədləşdirilir. 

5. Verilişlərin redaktorları uşaqların valideynləri, uşaqlar və onların müalicə olunduğu klinikalar ilə mütəmadi əlaqə saxlayırlar - bu əlaqələr həm də vizual olaraq sənədləşdirilir. 

6. ATV kanalına qarşı ittihamlarla internet resurslarına müraciət edən bir qadın vətəndaşın məsələsini ayrıca qeyd etmək yerinə düşər: ATV telekanalının böhtanla bağlı məhkəməyə müraciət etməməsinin yeganə səbəbi həmin vətəndaşın ağır vəziyyəti və öhdəsində 4 uşağın olmasıdır. Lakin əsassız ittihamlar davam edərsə, telekanal öz şərəf və ləyaqətini məhkəmə vasitəsilə müdafiə etmək məcburiyyətində qalacaq. 
 

MÖVZU İLƏ BAĞLI:

Bu verilişlərdə yığılan pullarla bağlı CİNAYƏT İŞİ AÇILACAQ? - Mir Şahin hər şeyi açıqladı... - VİDEO


Beləliklə, bildiririk ki, xeyriyyə məqsədilə toplanmış bütün vəsaitlər tam təyinatı üzrə yönəlib və xərclənib, lazım gələrsə, məhkəmədə də bunu təsdiq etməyə hazırıq. 

Biz keçmişdə telekanallarda, saytlar və sosial şəbəkələrdə əsl məqsədi biznes rəqiblərin gözdən salınması və sıradan çıxarılması olan məlum “media müharibələri” təcrübəsinin yenidən canlandırılması cəhdlərini səmərəsiz hesab edirik. 

Biz həmkarlarımızı həm jurnalistikanın əsas prinsiplərinə, həm də media etikası qaydalarına əsaslanan məsuliyyətli mövqe tutmağa çağırırıq. 
Eyni zamanda qeyd edirik ki, telekanalların və bu telekanallarda çalışan kollektivlərin işgüzar nüfuzuna, şərəf və ləyaqətinə ziyan vuran böhtan və birtərəfli, təhrif edilmiş məlumatları məsuliyyətsiz şəkildə yayan resurslara qarşı məhkəməyə müraciət etmək imkanını nəzərdən keçiririk”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO