“Xankəndi məsələsi yaxın vaxtda həll oluna bilər” – POLİTOLOQ 

“Xankəndi məsələsi yaxın vaxtda həll oluna bilər” – POLİTOLOQ 

Hazırda oxunan: “Xankəndi məsələsi yaxın vaxtda həll oluna bilər” – POLİTOLOQ 

83398

“Ermənistan tərəfindən belə yersiz açıqlamların verilməsi təbii ki, sülh gündəliyinə ağır zərbə vurur. Elə həmin Alen Simonyanın sərsəm bəyanatlarına MDB PA iclasında Azərbaycan MM sədri Sahibə Qafarova tərəfindən tutarlı cavab verilmişdi”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Amid Əliyev səsləndirib.

Belə ki, Ermənistan parlamentinin spikeri Alen Simonyanın estoniyalı həmkarı Yuri Ratasın Şuşaya səfəri ilə bağlı səsləndirdiyi bəyanatları şərh edən politoloq bildirib ki, Ermənistanın müxtəlif siyasi hakimiyyət nümayəndələri tərəfindən mütəmadi olaraq belə riyakar bəyanatlar verilir. 

“Bunun əsas səbəbi odur ki, Ermənistan uduzmuş tərəf olduğunu yaxşı başa düşür. Həm siyasi, həm iqtisadi, həm də diplomatik müstəvidə artıq bütün kartlar İrəvanın əlindən çıxıb. Belə olan halda təbii ki, yol ancaq Azərbaycan tərəfini qıcıqlandıran bəyanatlar verməkdən keçir”.

Amid Əliyevin sözlərinə görə, Ratasın "Qarabağ rəhbərliyi" ilə “arzuolunan” görüşünə də münasibət bildirib:

“Burda vurğulanmalıdır ki, qondarma qurum 30 il ərzində heç bir dövlət hətta Ermənistanın özü tərəfindən belə tanınmayıb. Buna görə də ermənilərin bu addımı siayasi cəhətdən can verən mövcud olmayan qurumu xəyallardan yaşatmaqdan irəli gedə bilməyəcək. 

Həm erməni siyasi dairələri, həm də müxalifəti gözəl anlayırlar ki, çəmbər getdikcə daralır, sülh gündəliyinin icrası artı şərt halını alıb. Laçın dəhlizinə alternativ yol hazırdır, Zəngəzur dəhlizi üzrə işlər ən üst səviyyədə həll olunur. Bu məsələlərdə isə Ermənistan əsasən texniki məsələlər barəsində nəysə deyə bilir. Bütün bu hallar onlarda qıcıq yaradır ki, nəticədə kimlərinsə Qarabağa mənasız səfərlərini təşkil etməyə çalışırlar. Sanki onlar Xankəndi və ətraf ərazilər üzərində Ermənistanın legitimliyini sübut etməyə çalışmaqdır. Biz də gözəl anlayırıq ki, bu məsələnın yaxın zamanlarda həll olunacağı ehtimalı çoxdur”.

Politoloq hesab edir ki, Alen Simonyanın “qonaqpərvər” təklifi hələ onun tam icrası demək deyil: 

“Qarşı tərəfin, təbii ki, bu təklifi ölçüb biçdikdən sonra nəysə addım atacağını ehtimal etmək olar. Azərbaycanın bu istiqamətdə mövqeyi açıq və prinsipialdır. Məsələnin bu istiqamətədə davam edəcəyi təqdirdə Azərbaycan bu dəfə Ermənistanı bir tərəf kimi sülh gündəliyindən kənarda saxlayıb, məsələni təkbaşına həll etmək hüququndan və gücündən istifadə edə bilər”.
 

Xatırladaq ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan Estoniyanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Rina Kalyurandi ilə görüşü zamanı Estoniya parlamentinin spikeri Yuri Ratasın Şuşaya səfəri ilə bağlı narahatlığını ifadə edib.


Simonyan hətta biraz da irəli gedərək, “Dağlıq Qarabağ rəsmiləri” ilə Estoniya nümayəndələri arasında görüş təşkil edə biləcəklərini də bəyan edib.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO