Qurban Bayramını tənha keçirən şəhid atasından MÜRACİƏT: “Düz, 8 ildir oğlumu itirmişəm...”

Qurban Bayramını tənha keçirən şəhid atasından MÜRACİƏT: “Düz, 8 ildir oğlumu itirmişəm...”

Hazırda oxunan: Qurban Bayramını tənha keçirən şəhid atasından MÜRACİƏT: “Düz, 8 ildir oğlumu itirmişəm...”

83393

“Mən bu müqəddəs bayramı tək-tənha qeyd etdim. Oğlum şəhid olub, qızım isə ailəlidir. Həyat yoldaşım da xəstəxanadadır. Mən də tək qaldığım üçün bayramı keçirmədim”.

Bu sözləri Bizim.Media-ya şəhid Abdul Hüseynovun atası Etibar Hüseynov söyləyib.

Şəhid atası qeyd edib ki, bayramlıq halım da yoxdur, çünki ürəyimdə bir arzum var, onu həyata keçirməsəm, nakam gedərəm bu dünyadan:

“Sumqayıt stansiyasında Abdulun oxuduğu 43 nömrəli məktəbin qarşısında şəhidimizin adını daşıyan bulaq tikdirməyə başlamışıq. Hətta bulağın maketi də qurulub. Sumqayıt İcra Hakimiyyəti bunun üçün yer ayrılmasına icazə verəndən sonra bütün kənd olaraq pul yığıb onu tikməyə çalışdıq. Amam sona çatdıra bilmədik. Heydər Əliyev Fondu bizi evlə təmin etdiyi üçün artıq onlardan bununla bağlı kömək istəməyə utanıram. Ona görə də üzümü Azərbaycanın qeyrətli oğullarına, iş adamlarına tutub xahiş edirəm ki, şəhidimiz Abdulov Hüseyn Etibar oğlunun bulağını tamamlamaqda bizə köməklik etsinlər. Həyatdakı yeganə arzum o bulağı görmək və suyundan içməkdir.
 

Avqustun 1-də oğlumun ölümünün 8 ili tamam olur. Düşünürəm ki, bu bulağın hazırlanması şəhidimizin xatirəsinin əbədiləşdirilməsi üçün bizə verilən ən böyük dəyər olardı”.


Etibar kişi deyir ki, qəzalı vəziyyətdə olan ata evində yaşayardıq. Heydər Əliyev Fondu Sumqayıt ətarfında bizə 4 sot torpaq ayırtdı və orada bizim üçün yeni mənzil tikdi:

“Mənzil əşyalarla təmin olunmuş şəkildə bizə istifadəyə verildi. 7-8 aydır ki, bu mənzilə köçmüşəm. Səsimizə səs verib dar ayaqda bizə kömək edən Heydər Əliyev Fonduna və onun prezidentinə dərin təşəkkürümü bildirirəm. Bir bu arzum da həyata keçsə, oğul yanğım sərinlik tapardı”.

Xatırladaq ki, Abdulov Hüseyn Etibar oğlu 2014-cü ildə yanvarın 25-də hərbi xidmətə yola düşüb. Ağdamda hərbi xidmətə başlayıb. Komandiri polkovnik- leytnat Raqub Orucov olub. 2014-cü il avqustun 1-də erməni quldurlarının qəfil hücumunun qarşısını alarkən şəhid olub. 

Leyla Şah, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO