AMEA-nın müxbir üzvü VƏFAT ETDİ

AMEA-nın müxbir üzvü VƏFAT ETDİ

Hazırda oxunan: AMEA-nın müxbir üzvü VƏFAT ETDİ

83323

AMEA-nın müxbir üzvü Akif Musayev dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, o, uzun müddətdir beynində olan bədxassəli şişdən əziyyət çəkirdi. Mərhum 1 həftə öncə əməliyyat olunmuşdu.

Akif Musayev 1947-ci il 18 iyul tarixində Füzuli rayonunun Qorgan kəndində anadan olub.

1971-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadiyyat-Riyaziyyat İnstitutunun aspiranturasına daxil olub. 1977-ci ildə iqtisadi-riyazi üsullar ixtisası üzrə fəlsəfə doktoru, 1992-ci ildə isə xalq təsərrüfatı və onun sahələrinin (sənaye) iqtisadiyyatı, planlaşdırılması və idarə edilməsinin təşkili ixtisası üzrə elmlər doktoru elmi dərəcələrini alıb. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

İqtisadçı alim Prezident İlham Əliyevin 9 fevral 2007-ci il tarixli sərəncamı ilə “Dövlət Qulluğunda fərqlənməyə görə medalı” ilə təltif olunub. 
Allah rəhmət eləsin!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO