“Telegram”, “Whatsapp”, “Viber” və “Signal”ın üstünlükləri və təhlükəsizliyi - ARAŞDIRMA

“Telegram”, “Whatsapp”, “Viber” və “Signal”ın üstünlükləri və təhlükəsizliyi - ARAŞDIRMA

Hazırda oxunan: “Telegram”, “Whatsapp”, “Viber” və “Signal”ın üstünlükləri və təhlükəsizliyi - ARAŞDIRMA

8328

Artıq sosial medialarda gündəm olan təhlükəsizlik, informasiyaların toplanılması və dataların başqa şirkətlərə satılması insanları narahat edir.

Hər kəs hansı məlumatların götürülməsi, onun necə istifadə edilməsi haqqında açıqlama gözləyir. Müxtəlif ekspertlər fərqli açıqlamalar verərək vəziyyəti daha da mürəkkəb hala gətirib.

Bizim.Media ölkəmizdə ən çox istifadə olunan 4 sosial mesajlaşma “Telegram”, “Whatsapp”, “Viber” və “Signal” aplikasiyaların təhlükəsizliyini və üstünlüklərini araşdırıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Signal” ən güvənli, “Telegram” etibarsız, “Whatsapp” riskli - ARAŞDIRMA


Araşdırma aşağıdakı kateqoriyalara bölünüb.

İlk növbədə şifrələnmə “Whatsapp”, “Viber” və “Signal”da mövcuddur, “Telegramda isə mövcud deyil.

Çatdırıldıqdan sonra mesajların silinməsi və serverdə saxlanılmaması “Whatsapp”, “Viber” və “Signal”da mövcuddur, “Telegramda isə mövcud deyil.

Öz-özünü silən mesajlar “Viber” və “Signal”da dərhal silinir, “Whatsapp”da bir həftə sonra, “Telegram”da isə yalnız gizli yazışmalarda silinir.

Qarşı tərəf sizin yazışmalarınızı “Whatsapp” və “Signal”da köçürə və yaddaşa ala bilər, “Telegram” və “Viber”də isə bu mümkün deyil.

Göndərilmiş mesajların silinməsi “Whatsapp”, “Viber”, “Telegram”da mümkündür, “Signal”da isə mümkün deyil. Yalnız pin kod ilə görünən gizli yazışmalar sadəcə “Viber”də mümkündür.

Səsli və qrup mesajları “Whatsapp”, “Viber” və “Signal”da mövcuddur, “Telegram”da isə hələ bu, mümkün deyil. Foto və video paylaşmaq hamısında mövcuddur. “Facebook” şirkəti ilə “Viber” və “Telegram”ın bağlantısı yoxdur.

Qruplarda iştirakçı sayı maksimum “Whatsapp”da 256, “Viber”də 250, “Telegram”da 200 min, “Signal” da isə 150 nəfərdir.

Böyük həcmli paylaşımlar yalnız “Telegram”da mümkündür. Kodları açıq olan isə yalnız “Signal”dır.

Vüqar Ağamalıoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO