Əməkdar artist 20 minlik telefonu və 42 avtomobili ilə

Əməkdar artist 20 minlik telefonu və 42 avtomobili ilə "Gözdağı" verdi - VİDEO  

Hazırda oxunan: Əməkdar artist 20 minlik telefonu və 42 avtomobili ilə "Gözdağı" verdi - VİDEO  

83232

"İndiyə kimi aldığım ən bahalı hədiyyə telefon olub. Telefonu isə dostum hədiyyə edib. Özümlə onu gəzdirib, hamıya göstərmirəm ki, bu model telefonum var. Qiyməti isə 20 min dollardır (təxminən 34 min manat)".  

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Amil Həsənoğlu "Şourum" maqazin verilişinə müsahibəsində deyib.  

Sənətçinin şou-biznesdə daha bir rekordu isə avtomobillərlə bağlıdır.  

Amil deyir ki, indiyə kimi 42 avtomobili olub.  

"Avtomobillərin model sırası var. Bu günə kimi dövlət nömrə nişanını alanda da, bazaya girib yoxlayanda görmək olur ki, bu nömrə neçə dəfə və hansı avtomobillərin üstündə olub. Özüm üçün bunun qeydiyyatını aparmışam. Hazırda o nömrə ilə idarə etdiyim avtomobil sayca 42-cidir. 36 yaşım var, indiyə kimi 42 avtomobilim olub".  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO