Balakəndə qəza: 4 nəfər xəsarət aldı - TƏFƏRRÜAT

Balakəndə qəza: 4 nəfər xəsarət aldı - TƏFƏRRÜAT

Hazırda oxunan: Balakəndə qəza: 4 nəfər xəsarət aldı - TƏFƏRRÜAT

83214

Balakəndə minik avtomobili aşıb, ikisi azyaşlı olmaqla dörd nəfər xəsarət alıb.

Bizim.Media xəbər verir ki, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Balakən rayonu "Beşbulaq" adlanan ərazisindən keçən hissəsində baş verib.

Balakən rayonu Hənifə kənd sakini Kamran Nizami oğlu Abdullayev idarə etdiyi "VAZ 21063" markalı 10 ME 436 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqataladan Balakən şəhəri istiqamətində hərəkət olarkən idarəetməni itirməsi səbəbindən maşını aşırıb.
Maşın aşdıqdan sonra ərazidən keçən su arxına düşüb.

Qəza zamanı avtomobildə olan sərnişinlər-rayonun Hənifə kənd sakinləri Şəhla Nizami qızı Əlimərdanova, iki azyaşlı Ramal Ramazan oğlu Əlimərdanov, Soltan Ramazan oğlu Əlimərdanov və Səhnə Əhmədi qızı Abdullayeva aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hazırda yaralıların müayinəsi aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO