Maştağa sakini qardaşının evinə qumbara atdı

Maştağa sakini qardaşının evinə qumbara atdı

Hazırda oxunan: Maştağa sakini qardaşının evinə qumbara atdı

83058

Bakı sakini qardaşının həyətinə qumbara atıb, partlayış olub. 

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə iyulun 8-də saat 1 radələrində Maştağa qəsəbə sakini R.İsakovun xuliqanlıq zəminində qonşuluqda yaşayan qardaşı Rəşadın həyətinə qumbara atması barədə məlumat daxil olub. 

Partlayış nəticəsində evin pəncərə şüşələri sınıb, divarı zədələnib, yerin beton örtüyü dağılıb, xəsarət alan olmayıb. 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.İsakov saxlanılıb. 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO