"Mən yataqxanalarda yaşayanda niyə demirdiniz ki, ev alaq?"- Manaf Ağayev - VİDEO

Hazırda oxunan: "Mən yataqxanalarda yaşayanda niyə demirdiniz ki, ev alaq?"- Manaf Ağayev - VİDEO

8285

"Həmişə demişəm vaxt olub ki, yataqxanalarda yaşamışam. Gəlib çəkiliş də ediblər. Bəs, niyə onda demirdiniz ki, bu cür oğlan yataqxanada yaşayır. Ona ev alaq".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev "Birə-Bir" verilişinə açıqlamasında deyib.

Sənətçi müğənnilərin bahalı ev, maşınlarını göstərməsini tənqid edənlərə cavab verib. Tez-tez evində çəkiliş etdirib, maşınlarını göstərən M.Ağayev bu ənənəni davam etdirəcəyini söyləyib:

"Hamı istəyir ki, gözəl evi, bağı, maşını olsun. Çünki biz gündəmdə olan adamlarıq, tez yadda qalırıq. Adamlar var bizim bağımız onun zirzəmisi boydadır. Onun adı heç hallanmır. Çünki onların evində çəkiliş olmur. Yaxud da elə adam var ki, bizim evimiz onun mətbəxi qədərdir. Niyə bunu dillərə dastan edirsiniz? Görürsünüz ki, evimə qonaq gəlib çəkiliş edir. Niyə göstərməyim evimi? Burada heç bir eyib yoxdur. Öz zəhmətimlə ev tikdirmişəm.

O, adama bəxtəvərlik verərlər ki, pulunun haradan gəldiyi, necə qazandığı bilinməz. Bilirsiniz ki, mən müğənniyəm və bu sənətdən qazanıram. Kimin belə evi varsa, sağlığına qismət".

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO