Oğluna görə asayişi pozan Əlizamin Salayev HƏBS EDİLDİ

Oğluna görə asayişi pozan Əlizamin Salayev HƏBS EDİLDİ

Hazırda oxunan: Oğluna görə asayişi pozan Əlizamin Salayev HƏBS EDİLDİ

82842

Əlizamin Salayev oğlunu məsusliyyətdən yayındırmaq və cərimələri ödəməmək üçün Salyan şəhərindəki Mərkəzi parkda ictimai asayişi pozub.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Nizam Həmidov Bizim.Media-ya bildirib ki, Salyan rayon sakini 21 yaşlı Oktay Salayev bu il fevralın 8-də idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə yol polisi əməkdaşı tərəfindən barəsində inzibati protokol tərtib olunmuş, inzibati xətaya görə təyin edilmiş 150 manat cəriməni uzun müddət ödəmədiyindən həmin məbləğ dəbbə ilə birlikdə 240 manat təşkil edib.

İyunun 29-da O.Salayev idarə etdiyi avtomobilin arxa dövlət qeydiyyat nişanı olmadığına və təhlükəli konstruksiya dəyişikliyi etdiyinə görə yol polisi tərəfindən saxlanılıb.

Bu xətaya görə onun barəsində növbəti inzibati protokol tərtib edilib, hal şahidlərinin iştirakı ilə onun avtomobilinə baxış keçirildikdən sonra nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilib.

Bu gün O.Salayevin atası Əlizamin Salayev oğlunu məsusliyyətdən yayındırmaq, eləcə də cərimələri ödəməmək məqsədilə sərxoş vəziyyətdə Salyan şəhərindəki Mərkəzi parka gələrək ictimai asayişin pozaraq əsassız səs-küy qaldırıb.
Polis əməkdaşları onu intizama dəvət etdikdə isə Ə.Salayev qəsdən polisin qanuni tələbinə tabe olmayaraq müqavimət göstərib.

O, saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib, barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə, o 30 sutka inzibati qaydada həbs olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO