Kadırovdan Zelenskiyə:

Kadırovdan Zelenskiyə: "Sənə dedim ki, növbəti dayanacağın Qroznı olacaq" - VİDEO

Hazırda oxunan: Kadırovdan Zelenskiyə: "Sənə dedim ki, növbəti dayanacağın Qroznı olacaq" - VİDEO

82760

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna prezidenti Volodimir Zelenski ilə bağlı hazırladığı parodiya videosunu Telegram kanalında yayımlayıb. Görüntülərdə guya Zelenski Kiyev şəhərində, öz kabinetində oturaraq Ukrayna dilində ölkəsinin “təslim olmasını” elan edir və sonda sənədə “Axmat gücdür” sözləri ilə qol çəkir. Kadrların əvvəlindən sonunadək Ramzan Kadırovun sağ əli onun çiynində olur və Zelenskini imza atmağa məcbur edir.

Bizim.Media xəbər verir ki, çeçen lideri bu parodiyanın ikinci hissəsini hazırlayıb.

Görüntülər onun Telegram kanalında yer alıb. 

Bu hissədə deyilir ki, Volodimir Zelenski guya təslim aktını imzaladıqdan sonra uzun müddət öz davranışını düşünüb və nəticədə bütün kartlarını masanın üstünə qoymaq və cəmiyyətə faydalı olmaq qərarına gəlib.

Videoda bir nəfər Zelenskini tutaraq əli bağlı Qroznı şəhərində Kadırovun kabinetinə gətirir və bundan sonra onlar arasında belə dialoq başlayır.

“Ramzan Axmatoviç, axşamınız xeyir olsun, mən gəldim”. 

“Mən sənə dedim ki, növbəti dayanacağın Qroznı olacaq. İndi burdasan”.

“Məni etdiyim hərəkətlərə görə bağışlayın, gənc olmuşam. Mümkünsə, mənə Axmad batalyonunda iş verin”.

“Yox, sənin kimilərinin yeri NATO-nun çərgəsindədir”. 

Bundan sonra Kadırov yumşalır və ona batalyonda çalışmağa icazə verir. Zelenski isə “Axmat gücdür, Rusiyaya eşq olsun” sözlərini deyərək kabinetdən çıxır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO