Cəlilabadda örüşdə DAVA - Xəsarət alanlar var - VİDEO

Cəlilabadda örüşdə DAVA - Xəsarət alanlar var - VİDEO

Hazırda oxunan: Cəlilabadda örüşdə DAVA - Xəsarət alanlar var - VİDEO

82713

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. 

Bizim.Media-nın cənub bürosu xəbər verir ki, hadisə rayonun Babalı və Şorbaçı kəndlərin sərhədində, örüş sahəsində qeydə alınıb. 

Belə ki, rayonun Babalı kənd sakini, 12 yaşlı Y. Əzizov, onun atası Qədəmşah Əzizov və əmisi Səməd Əzizov döyülüb. 

Döyülən şəxslərin iddiasına görə, onlar qonşu kənddə mal-qaranın örüş sahəsinə girdikləri üçün döyülüblər. Lakin mal-qara onların olmayıb. Məlumata görə, dava zamanı qarşı tərəfdən də bir nəfər xəsarət alıb. Yaralılara rayon xəstəxanasında tibbi yardım göstərilib. 

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, həmin mübahisə zamanı hər iki tərəfdən xəsarət alan olub:

"Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır. Təyin olunmuş müvafiq ekspertizaların və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO