İranda Britaniya səfirinin müavini və Avstriya diplomatının həyat yoldaşı həbs edildi - FOTO

İranda Britaniya səfirinin müavini və Avstriya diplomatının həyat yoldaşı həbs edildi - FOTO

Hazırda oxunan: İranda Britaniya səfirinin müavini və Avstriya diplomatının həyat yoldaşı həbs edildi - FOTO

82693

Böyük Britaniyanın Tehrandakı səfirinin müavini Giles Uitaker İranda raket təlimlərinin keçirildiyi yerdən məlumat almaqda şübhəli bilinərək saxlanılıb.

Bizim.Media “Tasnim”ə istinadən xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu müəyyən edib ki, bir neçə xarici diplomat, o cümlədən Uitaker Kirman əyalətində səhrada torpaq nümunələri toplayıb.

Mənbə bu ərazidə ballistik raket sınaqlarının həyata keçirildiyini xatırladıb:

“Bu baxımdan əraziyə giriş qadağan edilib”. 

Qeyd olunur ki, Britaniya səfirinin müavini olduğu iddia edilən avtomobili SEPAH-ın pilotsuz uçan aparatı lentə alıb.
“Young Journalists Club” portalı yazır ki, Avstriya səfirliyinin nümayəndəsinin həyat yoldaşı da saxlanılıb. O, həmçinin casusluqda ittiham olunur.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO