Bu ölkədə meymunçiçəyinə yoluxma halları artır

Bu ölkədə meymunçiçəyinə yoluxma halları artır

Hazırda oxunan: Bu ölkədə meymunçiçəyinə yoluxma halları artır

82687

Kanadada meymunçiçəyi xəstəliyinə yoluxma hallarının sayı artmaqda davam edir və 358-ə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.

"Kanadanın əyalətləri və ərazilərində iyulun 6-na olan məlumata görə, 358 meymunçiçəyinə yoluxma halı qeydə alınıb.

Mütəxəssislər yerlərdəki həmkarları ilə birlikdə hazırda tədqiqatlar aparır, tədqiqatlar bitdikdən sonra aşkarlanan yoluxma hallarının sayı arta bilər", - deyə açıqlamada bildirilir.

Qeyd edilir ki, bu günə kimi yoluxma halları ölkənin dörd regionunda qeydə alınıb. Ən çox yoluxma Kvebek əyalətindədir - 236.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO