Ramana sakini Prezidentlə söhbət etdi: “Gördüyünüz bu evdə şəhid əmim qalıb” - VİDEO

Ramana sakini Prezidentlə söhbət etdi: “Gördüyünüz bu evdə şəhid əmim qalıb” - VİDEO

Hazırda oxunan: Ramana sakini Prezidentlə söhbət etdi: “Gördüyünüz bu evdə şəhid əmim qalıb” - VİDEO

82588

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub.

Bizim.Media xəbər verir ki,  Prezident İlham Əliyevə Ramananın qədim abidələrindən biri olan Novruzqulu hamamı barədə məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış oldu - FOTO/VİDEO


Bildirilib ki, keçmişdə hamamda dörd quyu fəaliyyət göstərsə də, indi onlardan üçü mövcuddur. Novruzqulu Babakişi oğlunun adını daşıyan hamam Abşeron yarımadasında yeganə tikilidir ki, onun sənədləri toplanıb və təsdiqlənib. Hamamın binasında keyfiyyətli bərpa işləri görülüb.

Qeyd edilib ki, Ramanada yenidənqurma işləri zamanı ətraf mühitin qorunması, qəsəbənin ekoloji vəziyyəti prioritet məsələlərdən biri olub.

Dövlətimizin başçısına Ramanada əhalinin məşğulluğunun artırılması sahəsində görülən işlər barədə də məlumat verilib. Qeyd edilib ki, qəsəbədə xalçaçılıq müəssisəsi və satış mağazası açılıb. Yaradılan yeni iaşə və xidmət obyektlərində məhsulların istehsalı və satışı həyata keçirilir. Bu obyektlər müştərilərə yüksək səviyyədə xidmət göstərmək, onların rahatlığını təmin etmək üçün zəruri vasitələr və avadanlıqlarla təchiz olunub.

Məlumat verilib ki, Pirşağıda hazırlanan quru meyvələrin satışı da Ramanada həyata keçiriləcək. Səyyar satış obyektləri və köşklərin quraşdırılması ilə məşğulluğun artırılmasına nail olmaq, həmçinin yerli əhali və turistlərin ehtiyaclarını qarşılamaq mümkündür.

Ramanada reallaşdırılan layihələrdən biri də vertikal bağçılıq layihəsidir.

Layihənin məqsədi özünəməşğulluğun artırılmasına, aztəminatlı ailələrin daha çox gəlir əldə etməsinə və ailə təsərrüfatlarının inkişafına dəstək olmaq, həmçinin yaşıllıqların genişləndirilməsinə, bitkiçiliyin və kənd təsərrüfatı məhsulları emalının inkişafına töhfə verməkdir.

Dövlətimizin başçısı Ramanadakı evlərdən birinin həyətində qəsəbə sakini ilə söhbət edib.

Prezident İlham Əliyev: Salam, necəsən?

Sakin: Sağ olun, yaxşıyam.

Prezident İlham Əliyev: Sənin evindir?

Sakin: Bəli. Yeni abadlaşdırılmış Ramana kəndimizə xoş gəlmisiniz. Hər zaman Siz gələsiniz.

Prezident İlham Əliyev: Çox sağ ol.

Sakin: Gördüyünüz bu evdə şəhid əmim Allahverdi Allahverdiyev qalıb.

Prezident İlham Əliyev: Birinci Qarabağ müharibəsi şəhidi?

Sakin: Bəli, Birinci Qarabağ müharibəsinin veteranı Fərzəli Fərzəliyev babamdır, əmim də var Namiq Allahverdiyev, o da müharibə veteranıdır.

Prezident İlham Əliyev: Sən bu işlə də məşğul olursan?

Sakin: Bəli, cənab Prezident.

Bünyad Qasımov: Damcı üsulu ilə suvarmadır.

Prezident İlham Əliyev: Çiyələkdir?

Bünyad Qasımov: Bəli, çiyələkdir. Yenidir, 10-15 gün olar. Bir-iki aydan sonra buralar hamısı yaşıl olacaq, cənab Prezident.

Prezident İlham Əliyev: Çox yaxşı.

Bünyad Qasımov: Qışda göyərti, yayda da çiyələk əkilir.

Prezident İlham Əliyev: Görürəm bu ev də, həyəti də təmir olunub.

Bünyad Qasımov: Ümumiyyətlə, Sizin tapşırığınıza və göstərişinizə əsasən, evlərin damları, qapıları, divarları, darvazaları əsaslı təmir edilib. Şəhid və veteran ailələrinin evlərinə xüsusi diqqət yetirilib.

Prezident İlham Əliyev: Çox yaxşı. Sağ olun.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO