Vəzifəli şəxsləri şantaj edən sayt rəhbəri tutulub - DİN 

Vəzifəli şəxsləri şantaj edən sayt rəhbəri tutulub - DİN 

Hazırda oxunan: Vəzifəli şəxsləri şantaj edən sayt rəhbəri tutulub - DİN 

82545

Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində “Demokratik.az” saytının baş redaktoru, Göygöl şəhər sakini Osman Rzayev tutulub.  

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilir ki, cari ilin iyun ayı ərzində o, Rayon Mərkəzi Xəstəxanasının direktoru V.Əliyevə, xəstəxananın şöbə müdiri Ə.Alıyevə, həkimi R.Əkbərova və Goranboy rayon Suvarma Sistemləri İdarəsinin müdiri İ.Məhərrəmova barələrində rüsvayedici məlumatlar yaymaqla hədə-qorxu gəlib müxtəlif məbləğlərdə pul tələb etməkdə şübhəli bilinir.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci  maddəsi (Hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO