Azərbaycanda bu saytın rəhbəri həbs olundu

Azərbaycanda bu saytın rəhbəri həbs olundu

Hazırda oxunan: Azərbaycanda bu saytın rəhbəri həbs olundu

82531

“Demokratik.az” saytının rəhbəri Osman Nərimanoğlu (Rzayev) həbs olunub.

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə Osman Rzayevin fəaliyyəti ilə bağlı həbs olunduğu iddia edilib.

Məsələ ilə bağlı DİN-in Xidmət rəisi Ehsan Zahidov “Qafqazinfo”ya bildirib ki, Osman Rzayevin tutulmasının onun fəaliyyəti ilə bağlı olduğu iddiaları həqiqəti əks etdirmir:

“Osman Rzayev törətdiyi konkret əmələ görə tutulub. Belə ki, o, bu il iyunun 15-də Göygöl Rayon Mərkəzi Xəstəxanasının direktoru Vasif Əliyev, iyunun 16-da Goranboy Rayon Suvarma Sistemləri İdarəsinin müdiri İlqar Məmmədov, iyunun 18-də Göygöl Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Əlikömək Alıyev və həmin xəstəxananın həkimi Rəşad Əkbərovdan barələrində rüsvayedici məlumatlar yaymaqla hədə-qorxu gələrək pul tələbinə görə tutulub.

Adları çəkilən 4 nəfərin şikayəti əsasında Cinayət Məcəlləsinin 182-ci maddəsi (Hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO