Vaqif Poeziya Günləri Şuşada keçiriləcək

Vaqif Poeziya Günləri Şuşada keçiriləcək

Hazırda oxunan: Vaqif Poeziya Günləri Şuşada keçiriləcək

82382

Builki Vaqif Poeziya Günlərinin dəqiq tarixi məlum olub.

Bizim.Media xəbər verir ki, ədəbiyyat tədbiri iyulun 13-dən 15-dək Şuşa şəhərində keçiriləcək.

Tədbir çərçivəsində Molla Pənah Vaqifin Məqbərəsinin önündə və Azərbaycanın mədəniyyət paytaxtının digər tarixi yerlərində poeziya nümunələri səsləndiriləcək. Azərbaycan Yazıçılar Birliyi poeziya günlərinə hazırlıq işlərini yekunlaşdırıb.

Qeyd edək ki, Vaqif Poeziya Günlərinin əsası 1982-ci ildə qoyulub. Şuşa ermənilərin işğalı altında olduğu dövrdə bu tədbir keçirilməyib.

Ötən il Vaqif Poeziya Günləri bərpa edilib. Report.az-ın məlumatına görə, mərasim Molla Pənah Vaqifin Muzey-Məqbərə Kompleksinin önündə keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO