Alim Qasımovdan Kərimə sərt sözlər:

Alim Qasımovdan Kərimə sərt sözlər: "Sənin kimilərdən..."

Hazırda oxunan: Alim Qasımovdan Kərimə sərt sözlər: "Sənin kimilərdən..."

82346

Müğənni Kərim Abasovun boşanan qadınlarla bağlı qalmaqallı fikirlərinə Xalq artisti Alim Qasımov sərt şəkildə reaksiya verib.   

Bizim.Media xəbər verir ki, xanəndə sosial şəbəkədə "show_news" hesabında müğənninin müsahibəsinin yer aldığı videoposta şərh yazıb.  

"Kişinin xanımı qaçmaz sənin kimilərdən..." deyə A.Qasımov yazısında qeyd edib.

Qeyd edək ki, Kərim Abbasovun "Kişi gedib ikinci dəfə evlənəcək, ay yazıq qadın, sən nə edəcəksən? Evin bir küncündə uşaqla qalacaqsan. Bəlkə ərə gedəcəksən, o da bilinmir, uşaqla kimdir səni alan? Ya da aliment alacaqsan, oturacaqsan evdə tək.
Boşandın, bitdi. Sevirsənsə, qəbul edib oturacaqsan. Boşananların 99 faizi peşmandır. Oturur evdə, ailə yox, bir uşaq, ərə gedə bilmir, saxlayanı yoxdur, dincələ bilmir. Nə xanım kimi xanımdır, nə nökər kimi nökərdir. Ər yoxdursa, işləməlidir. Bütün yük qadının üstündədir. Bağışla getsin, buna görə ailə dağıdarlar?" sözləri cəmiyyət tərəfindən qınaqla qarşılanıb. Hətta Audiovizual Şura “MTV Azerbaijan” televiziya kanalına bu müsahibəyə görə xəbərdarlıq göndərib. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO