Nəriman Zəkəriyəyev dövlətə 202 min manat maddi ziyan vurub - İstintaq işi

Nəriman Zəkəriyəyev dövlətə 202 min manat maddi ziyan vurub - İstintaq işi

Hazırda oxunan: Nəriman Zəkəriyəyev dövlətə 202 min manat maddi ziyan vurub - İstintaq işi

82331

Zəkəriyəyev Nəriman Şirin oğlu tərəfindən Mingəçevir şəhəri ərazisində qanunsuz qum-çınqıl hasilatı işlərinin aparılması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat Xidməti yayıb.

Mənbə qeyd edir ki, aparılmış istintaqla müəyyən edilib ki, Nəriman Zəkəriyəyev Mingəçevir şəhərində Kür çayı axmazında yerləşən qum-çınqıl yatağında  öz qulluq mövqeyindən istifadə etməklə 2018-ci ilin may ayından 2022-ci ilin yanvar ayınadək olan müddət ərzində dövlət mülkiyyətində olan 9.400 m2 torpaq sahəsini  qazanc əldə etmək məqsədilə özbaşına istismar edərək dövlətə və təbiətə  202 min manat məbləğində maddi ziyan vurub.

Toplanmış sübutlar əsasında Nəriman Zəkəriyəyevə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO