Gülyanaq xərçəngdən müalicə alan əri haqda: “Məhv olmuşdum” – ÖZƏL - VİDEO

Gülyanaq xərçəngdən müalicə alan əri haqda: “Məhv olmuşdum” – ÖZƏL - VİDEO

Hazırda oxunan: Gülyanaq xərçəngdən müalicə alan əri haqda: “Məhv olmuşdum” – ÖZƏL - VİDEO

82258

“Həkimlərin sayəsində həyat yoldaşım Ziyanın vəziyyəti indi daha yaxşıdır. Amma 2-3 aydan bir Türkiyədə yoxlamalardan keçib, müalicələrini davam etdirəcək”. 

Bu sözləri Xalq artisti Gülyanaq Məmmədova Türkiyədə onkoloji xəstəlikdən səkkiz ay müalicə alıb, Vətənə geri dönən həyat yoldaşı Ziya bəyin səhhəti ilə əlaqədar Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.  

Sənətçi bildirib ki, həyat yoldaşına xərçəng diaqnozu qoyulduğu anda onu itirəcəyi qorxusu ilə yaşayıb.  

“Məhv olmuşdum, başımı itirmişdim. Sanki artıq yaşamırdım. Bu xəbər mənə çox pis təsir etdi. Amma işıq yolu tapandan sonra özümdə güc tapdım. Yenə də göydə Allah, yerdə isə həkimlər. Bir daha anladım ki, hər şey Allahın və həkimlərin əlindədir. İstəyir milyarder, istəyir kasıb olaq, hamımız həkimlər önündə aciziq, onların ətəyindən yapışırıq.
Həkimlərdən yerlə göy qədər razıyam. İnsanlar bilsinlər ki, bu xəstəlikdən dönənlər çoxdur. O dəqiqə ölümü göz almasınlar. Ziyanın xəstəliyi ilə bağlı heç bir informasiya vermək istəmirdim. Çünki hamının ailəsində öz problemi var. Bu problemim ilə insanları yükləmək istəmədim. Mütəmadi gedib ona baş çəkirdim. Bu ağır xəstəlikdən əziyyət çəkən insanlara psixoloji dəstək olmaq lazımdır. Onlar gərək əsəbilik və stress keçirməsinlər. Çünki mənfi təsir göstərə bilər”.”. 

Xalq artistinin sözlərinə görə, həyat yoldaşı səkkiz ay boyunca 12 dəfə kimyaterapiya alıb.  

“Şiş bağırsaqda yarandı, get-gedə isə ölçüsü böyümüşdü. Əməliyyatı uğurla keçib, 8 ay müddətində 12 kimyaterapiya alıb. Ziyanın xərçəng olduğunu biləndə gərək zamanında həkimə müraciət edərdik. Bu elə bir xəstəlikdir ki, əsla gecikdirmək olmaz. Düşünürük ki, iki-üç il gecikdirmişik. Amma şükürlər olsun ki, yenə də yaxşı qutardıq.

Öncə Milli Onkologiyaya müraciət etdik. Həkimlərlə məsləhətləşəndən sonra qərara gəldik ki, Ziyanı Tükiyəyə aparaq. Həkimlərimiz yaxşı tövsiyyələr verdilər, dəstək oldular. Çox qorxdum, həyacan keçirdim. Keçirdiyim hissləri sözlə ifadə etmək çətindir.
Türkiyənin Adana şəhərində Başkənd Tibb Universitetində kirvəmiz Fərid həkim çalışır. O, bizə çox yardımçı oldu. Belə ki, əməliyyatdan sonra Ziyanın müalicəsi ilə məşğul oldu”. 

Gülyanaq Məmmədova həyat yoldaşının səhhəti ilə bağlı özü ilə yanaşı uşaqlarının da böyük stress keçirdiyini bildirib.     

“Övladlarım hər gün ataları ilə telefonla danışırdılar. Onlar hər dəqiqə atalarını görmək istəyirdilər. Qızım da, böyük oğlum da atalarından ayrı düşməklərinə dözə bilmirdilər. Ataları ilə hava limanında görüşəndə o qədər sevincli idilər”.

Rəşad Əliyev, Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO