Bayramovun Tehran səfəri nə məqsəd daşıyır? - ŞƏRH 

Bayramovun Tehran səfəri nə məqsəd daşıyır? - ŞƏRH 

Hazırda oxunan: Bayramovun Tehran səfəri nə məqsəd daşıyır? - ŞƏRH 

82202

“İran xarici işlər nazirinin Bakıya gəlişindən sonra görünür bəzi müsbət tendensiyalar gündəmə gəlib və ciddi dəyişikliklər üçün əsaslar yaradılıb. Hesab edirəm ki, Bayramovun səfəri çərçivəsində əsas məqsəd də məhz bu istiqamətdə işlərin davam etdirilməsidir”.

Bunu Bizim.Media-ya açıqlamasında sabiq XİN rəhbəri Tofiq Zülfüqarov xarici işlər naziri Ceyhun Bayramovun İrana reallaşan səfərinin məqsədlərindən danışarkən deyib:
 

MÖVZU İLƏ BAĞLI:

İran XİN rəhbəri Ceyhun Bayramovu belə qarşıladı - VİDEO 


“Əslinə qalsa, bu Ceyhun Bayramovun İrana cavab səfəridir. İran xarici işlər nazirinin Bakıya gəlişindən sonra görünür bəzi müsbət tendensiyalar gündəmə gəlib. Nəticədə bəzi məsələlərdə ciddi dəyişikliklər üçün əsaslar yaradılıb. Hesab edirəm ki, Bayramovun səfəri çərçivəsində əsas məqsəd də məhz bu istiqamətdə işlərin davam etdirilməsindən ibarət olacaq.

İstisna deyil ki, müştərək layihələrin həyata keçirilməsi mövzusu da müzakirə olunsun. 

İki ölkə arasında bir sıra müştərək layihələr var. Zəngəzur dəhlizinə aid bəzi razılaşmalar mövcuddur.  Ənənvi olaraq kommunikasiya və tranzit mövzuları da danışıqların diqqət mərkəzində ola bilər. Bu baxımdan gündəmin praktik olacağını düşünürəm”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO